Tətillər ləğv olunur? – Təhsil Nazirliyindən açıqlama
“Nazirlər Kabinetinin qərarı ilə tədris ilinin müddəti təsdiq edilib. Bu, ümumi təhsil haqqında qanundan irəli gələn vəzifə idi. Bu qərar verilənədək həmin müddəalar elə Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi nizamnamədə yer alırdı”.
Minval.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında bildirib.
O qeyd edib ki, yeni qərar qəbul edildikdən sonra, uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi:
“Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb. Yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə, bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi. İndi isə Nazirlər Kabinetindədir. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir”.
C.Valehov əlavə edib ki, bu sənəddə hər hansı tətilin ləğv olunmasından söhbət getmir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı