Tərtərdə 21 yaşlı qızı iki dəfə qaçırdılar: Anasının yanında döyüb, nömrəsiz maşınla aparıblar
Tərtərdə 21 yaşlı qız qaçırılıb.
“Minval.info” “oxu.az”a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. İddia edilir ki, 21 yaşlı qız naməlum şəxslər tərəfindən nömrəsiz avtomobil ilə qaçırılıb.
Qızın anasının yanında döyülərək qaçırıldığı iddia olunur. Məlumatda qeyd edilir ki, sözügedən qız daha əvvəl də – 31 may 2022-ci il tarixində razılığı olmadan Ağdaşda oxuduğu kollecin qarşısından qaçırılıb, lakin ailə tərəfindən öz evinə qaytarılıb.
Hadisə növbəti dəfə ötən gün saat 12 radələrində təkrarlanıb. İddiaya görə, dörd nəfər nömrəsiz avtomobil ilə qızı anasının yanından yenidən qaçırıb. Ailənin hadisə ilə bağlı Tərtər rayon hüquq-mühafizə orqanlarına məlumat verdiyi, eləcə də Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət belə etdiyi qeyd edilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı açıqlamasında bildirib ki, bu barədə iyunun 23-də Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda toyda biabırçılıq: Rəqqasə evli kişiylə tutuldu və döyüldü - VİDEO
Azərbaycanda toya hazırlaşan nişanlı qız yoxa çıxdı
Karantin qaydalarını pozan daha bir restoran aşkarlandı: 5 nəfər saxlanıldı
Silsilə oğurluq edən sabiq məhkumlar saxlanılıb
Polis: Bakıda narkotik alverçiləri tutuldu - FOTO
Azərbaycanlı gənclərə hücum olub, xəsarət alanlar var