Təqaüdçülərin pulunu oğurlayan şəxs tutuldu - FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az-a verilən məlumata görə, yaşlı olduğundan pulu çıxarmaq üçün tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb və dələduzluq yolu ilə zərərçəkmişin 200 manat pulunu mənimsəyib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə faktı törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Onun əvvəllər də eyni əmələ görə məhkum olunmuş İlqar Eminov olduğu məlum olub. Araşdırmalarla İ. Eminovun eyni yolla daha iki rayon sakini olan təqaüdçünün ümumilikdə 185 manat pulunu mənimsədiyi aşkar edilib. Faktla bağlı araşdırma aparılır. İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102 xidməti-zəng mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir