Tələbə krediti imkanları: 2026-dan etibarən yeni müraciət qaydaları açıqlanıb!
Tələbə krediti almaq istəyənlər üçün əhəmiyyətli xəbər var! 2026-2027-ci tədris ilinin payız semestri üçün müraciətlər 3 avqust 2026-cı il tarixindən etibarən başlayacaq. Müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə qəbul ediləcək.
Minval.info xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu barədə məlumat yayıb. Dövlət İmtahan Mərkəzinin 2026-2027-ci tədris ili üzrə qəbul müsabiqəsinin nəticələrinə əsasən, magistratura səviyyəsinə qəbul olunmuş tələbələr, həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və daha yuxarı kurslarında təhsil alan tələbələr bu tarixdən etibarən sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
Magistratura səviyyəsinə qəbul olunmuş tələbələr portal.edu.az üzərindən tələbə qeydiyyatı prosesini həyata keçirərkən eyni zamanda e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.
ƏLAQƏLİ
Milli konservatoriya: Musiqi təhsilində yeni üfüqlər və imkanlar açan mərkəz
Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üçün standart təhsil tələbə kreditindən yararlanmaq üçün minimal qəbul göstəriciləri müəyyən edilib. Subbakalavr səviyyəsi üçün 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal, bakalavriat səviyyəsi üçün 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal, magistratura səviyyəsi üçün 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal tələb olunur. SAT nəticələri əsasında ali təhsil müəssisələrinə qəbul olunanlar üçün minimum 1200 bal, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə isə attestatda müvafiq fənlərdən yekun qiymətlərin ədədi ortası minimum 3 olmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli konservatoriya: Musiqi təhsilində yeni üfüqlər və imkanlar açan mərkəz
Ali məktəblərdə qəbul planı dolacaqmı? – Əsas ixtisaslar və gözləntilər
Yaqub Baratlı ali təhsil üçün Qarabağ universitetini seçdi
İxtisas seçimi qaydalarına yeni dəyişikliklər gəlir
Məleykə Abbaszadə: Keçid ballarında dəyişikliklər gözlənilir
ŞOK: Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı!