24.11.2026 - 16:34
Rusiya Finlandiya sərhədinə yaxın ərazidə hərbi bazanı yeniləyir
Hərbi xəbər 208 baxış

Rusiya Finlandiya sərhədinə yaxın ərazidə hərbi bazanı yeniləyir

Finlandiyanın ictimai yayım qurumu Yle-nin məlumatına görə, Rusiyanın Finlandiya sərhədinə təxminən 60 kilometr məsafədə yerləşən Kamenka Hərbi Bazası ilə bağlı yeni peyk görüntüləri yayımlanıb. Bu görüntülərdə bazadakı köhnə tikililərin söküldüyü və yenilərinin tikilməyə başlandığı açıq şəkildə görünür.

Minval.info xəbər verir ki, Kamenka bazasının Rusiyanın Finlandiya sərhədinə yaxın “ən önəmli quru qüvvələri mərkəzi” olduğu bildirilir. Yenidənqurma işləri çərçivəsində burada hərbi potensialın 4 mindən 11 minə qədər artırılması planlaşdırılır. Həmçinin, bazada yeni atəş poliqonları, təlim mərkəzləri və digər hərbi obyektlərin inşası peyk görüntülərində əks olunub. Mütəxəssislər bu yeniləmələrin NATO-nun bölgədəki hərbi mövcudluğunu gücləndirməsi ilə əlaqəli ola biləcəyini düşünürlər.

Yle-nin xəbərinə görə, Kamenka bazasında yeniləmə işləri çərçivəsində əsgərlərin ailələrinin qala biləcəyi yaşayış binaları da yenidən qurulmaqdadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: