24.11.2026 - 17:14
5 milyon borc, son mübahisə və müəmmalı ölüm
Kriminal 162 baxış

5 milyon borc, son mübahisə və müəmmalı ölüm

Rusiyada yaşayan 36 yaşlı azərbaycanlı musiqi prodüseri Elmir Məhərrəmovun müəmmalı ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Publika.az-ın məlumatına görə, prodüserin ölümündən əvvəl ciddi maddi çətinlikləri olub.

Elmir Məhərrəmovun həmkarı Sergey Dvortsov bildirib ki, o, müxtəlif tərəfdaşlardan təxminən 5 milyon rubl borc alıb. Eyni zamanda, prodüserin alkoqolla bağlı problemlərinin olduğu və son bir ildə ətrafındakı insanlarla ünsiyyətini xeyli azaltdığı qeyd edilib. Spirtli içki və narkotik asılılığı ilə mübarizə apardığı da iddia edilir.

Məlumata görə, Elmir Moskvanın qərbində, Vasili Lanovoy küçəsində yerləşən binanın 10-cu mərtəbəsində yaşayıb. Onun meyiti noyabrın 23-də binanın qarşısında aşkarlanıb. Prodüserin ölümündən əvvəl sevgilisi, 33 yaşlı model Nadejda ilə mübahisə etdiyi iddia olunur. İntihar və bədbəxt hadisə ehtimalları araşdırılır, lakin ölümün dəqiq səbəbi hələlik rəsmən açıqlanmayıb.

Elmir Məhərrəmov 10 ildən artıqdır ki, şou-biznes sahəsində fəaliyyət göstərib və “Self Made Music”, “Archer Music” və “Out of Records” kimi musiqi leybllərinə rəhbərlik edib. O, Olqa Buzova, Dima Bilan, “Artik & Asti” və T’Killah kimi tanınmış ifaçılarla əməkdaşlıq edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: