İranda müğənni hicabsız çıxışına görə 74 şallaq cəzası alıb
İranda müğənni Pərasta Əhmədi hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb. Baku.ws-ın məlumatına görə, bu barədə “The Guardian” nəşri müğənninin vəkili Mustafa Nilinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, cəzaya səbəb 2024-cü ilin dekabrında YouTube platformasında yayımlanan onlayn konsert olub. Konsert zamanı Pərasta Əhmədi hicabsız, çiyinləri açıq və qolsuz geyimdə çıxış edib.
Müğənni ilə yanaşı, onun dörd nəfərdən ibarət musiqi kollektivi də eyni cəzaya məruz qalıb. Onlar internetdə “ictimai əxlaqı təhqir edən, nalayiq və əxlaqsız məzmun yaratmaq və yaymaqda” təqsirli biliniblər.
İran dini lideri Müctəba Hamaney: Nüfus artışı milli təhlükəsizlik üçün vacibdir
Bundan əlavə, məhkəmə onların hər birinə iki il müddətinə ölkədən çıxmağı və incəsənət fəaliyyəti ilə məşğul olmağı qadağan edib.
Qeyd edək ki, 29 yaşlı Pərasta Əhmədi İranın tanınmış müğənnisi, bəstəkarı və ictimai fəalıdır. O, ənənəvi və xalq musiqisi ifaçısı kimi tanınmaqla yanaşı, İranda qadın musiqiçilərə tətbiq edilən məhdudiyyətlərə qarşı çıxışı ilə də diqqət çəkir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada regional qubernator korrupsiya ittihamı ilə həbs edildi
Qəzza Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri İsrail zərbəsində öldürüldü
Gənclərin çağırışaqədərki hazırlığına dair yeni qaydalar təsdiqləndi
Qəzzədə meningit təhlükəsi: 15 nəfər həyatını itirib
Donald Trampın təzyiqi ilə Nvidia rəhbəri yenidən vəzifəyə qaytarıldı
Ukrayna: "Avropa İttifaqı Rosatom və alumina satışlarını hədəfə almalıdır"