Təhsil sənədləri artıq "myGov"da: Yeni funksiya istifadəyə verildi
Təhsil haqqında dövlət nümunəli sənədlər artıq myGov platformasında rəqəmsal formatda mövcuddur.
2026-cı ilin məzunları, təhsil müəssisələri tərəfindən təsdiqlənmiş elektron sənədləri myGov portalında ‘Təhsil məlumatlarım’ bölməsində ‘Elektron təhsil sənədlərim’ altbölməsindən əldə edə bilərlər.
Minval.info xəbər verir ki, elektron sənədin üzərindəki QR kodu skan edərək və ya edu.gov.az saytının ‘Sənəd yoxlama’ bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin doğruluğunu yoxlamaq mümkündür.
Yaxın zamanda elektron təhsil sənədləri myGov mobil tətbiqində də istifadəyə veriləcək.
Bu yenilik, təhsil sənədlərinin daha rahat və əlçatan olmasını təmin edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?