Təhsil sənədləri cibinizdə: Elektron attestatlar artıq mygov platformasında!
2025-2026-cı tədris ilindən başlayaraq, ümumi təhsil müəssisələrinin məzunlarına verilən təhsil sənədləri ilk dəfə elektron formatda təqdim edilir.
Minval.info xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, 2026-cı ilin məzunları öz attestatlarını myGov platforması vasitəsilə əldə edə bilərlər.
Yeni sistem çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd olaraq hazırlanıb və bu sənədlər təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənib. Artıq bu attestatlar “myGov” platformasında əlçatandır.
Məzunlar öz sənədlərini myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid sənədlərə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər. Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.
Qeyd edilib ki, yaxın günlərdə elektron attestatlar myGov mobil tətbiqində də əlçatan olacaq. Bu yenilik məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
Məktəblərdə dərs saatı dəyişir? – Yeniyetmələrin yuxu rejiminə uyğun addım
Müəllimlər üçün vakansiya seçimi: 8 şansınızı necə dəyərləndirəcəksiniz?