Təhsil Nazirliyindən müəllimlərin biabırçı nəticəsinə reaksiya: "Şou yaradırlar”
Təhsil Nazirliyi orta məktəb müəllimlərinin imtahanlarda zəif nəticə göstərməsi ilə bağlı iddialara münasibət bildirib.
“Minval.info” xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq bildirilib ki, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqamətində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarətdir.
“Ancaq təəssüf ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir”, – Təhsil Nazirliyindən qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
