Təhsil Nazirliyi müəllimin vakant yerlərlə bağlı sosial şəbəkələrdə yayılan müraciətinə münasibət bildirib.

Minval.info-ya daxil olan məlumatda bildirilir ki, Qasımov Elnur Ağaxan oğlu 13.09.2011-ci il tarixində öz razılığına əsasən Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbinə ingilis dili müəllimi təyin edilib. Qaydalara müvafiq olaraq, E.Qasımova 15.09.2011-ci il tarixdən 5 il müddətində ilkin yaşayış şəraitinin yaxşılaşdırılması, kirayə haqqının ödənilməsi və sair xərclər üçün əmək haqqına kompensasiya və əlavələr ödənilib.

E. Qasımov 2015-ci ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək mümkün 60 baldan cəmi 37 bal (ixtisas üzrə 23 bal, metodika üzrə 14 bal) toplayıb. Hazırda o, Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbində ingilis dili fənni üzrə 23 dərs saatı ilə təmin edilib.

Məlum olduğu kimi, 2014-ci ildən başlayaraq respublika üzrə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerlərinin digər ümumi təhsil müəssisəsinə dəyişdirilməsi hər ilin iyun ayında (tədris ilinin sonunda) mərkəzləşmiş elektron qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə zamanı müəllimlərin iş yerinin dəyişdirilməsi onların qiymətləndirmə nəticələrinə (yəni, bilik və bacarıq imtahanında qazandıqları ballara) uyğun olaraq aparılır.

Buna müvafiq olaraq, Biləsuvar rayonu üzrə ingilis dili fənnindən 2018-2019-cu tədris ili üçün keçirilmiş müsabiqə zamanı 5 vakant yer, 2019-2020-ci tədris ili üçün müsabiqə zamanı isə əlavə olaraq 8 vakant yer elan edilmiş, vakant yerlərə isə müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində təyinat aparılıb. Belə ki, Biləsuvar şəhər Ə. Eynullayev adına 4 nömrəli tam orta məktəbə 53 bal toplamış namizəd, Biləsuvar şəhər N. Nərimanov adına 6 nömrəli tam orta məktəbə 50 bal toplamış namizəd, Xırmandalı kənd C. Məhərrəmov adına 1 nömrəli tam orta məktəbə 47 bal toplamış namizəd, Yuxarı Ağalı kənd A. Abdulov adına ümumi orta məktəbə isə 43 ballı namizəd və digərləri yerləşdirilib.

E.Qasımov 2019-cu ilin oktyabr və dekabr aylarında Biləsuvar Rayon Təhsil Şöbəsinin müdirinin qəbulunda olmuş, ona müəllimlərin yerdəyişmə qaydaları dəfələrlə izah edilib. Bununla belə, E. Qasımov 2018-2019-cu və 2019-2020-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu və yerdəyişmə müsabiqələrində ümumiyyətlə iştirak etməmişdir. Həmçinin qeyd edək ki, E.Qasımov tərəfindən Təhsil Nazirliyinə rəsmi müraciət olunmayıb.

E. Qasımova 2020-ci ildə keçiriləcək növbəti müəllimlərin iş yerinin dəyişdirilməsi (iyun) və ya daha yüksək bal toplamaq üçün işə qəbulu müsabiqəsində iştirak etmək tövsiyə edilib.

Təhsil Nazirliyi müəllimin vakant yerlərlə bağlı sosial şəbəkələrdə yayılan müraciətinə münasibət bildirib. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Qasımov Elnur Ağaxan oğlu 13.09.2011-ci il tarixində öz razılığına əsasən Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbinə ingilis dili müəllimi təyin edilib. Qaydalara müvafiq olaraq, E.Qasımova 15.09.2011-ci il tarixdən 5 il müddətində ilkin yaşayış şəraitinin yaxşılaşdırılması, kirayə haqqının ödənilməsi və sair xərclər üçün əmək haqqına kompensasiya və əlavələr ödənilib.