Təhsil haqqından azad olunacaq şəxslər açıqlandı
““Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər ediləcək. Dəyişiklik 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideyni isə 2-ci qrup əlil olanların təhsil haqqının dövlət tərəfindən ödənilməsini nəzərdə tutur”.
Minval.info-nun “Report”a istinadən xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, hazırki qanunvericilik buna imkan vermir: “Təxmini hesablamalara görə, belə şəxslərin sayı 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, daha sonra isə bununla bağlı qanunvericilikdə dəyişikliklər edə bilərik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?