14.05.2020 - 14:16
Təhsil 3 baxış

“Tədris ilinin sonunda qiymətləndirmə aparılacaq”

Cari tədris ilinin sonunda tədqiqat xarakterli qiymətləndirmə aparılacaq.

“Minval.info” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov REAL TV-nin efirində qonaq olan zaman deyib. O bildirib ki, qiymətləndirmənin nəticələrinə uyğun olaraq pandemiya zamanı tədris olunan mövzuların nə dərəcədə mənimsəndiyi öyrəniləcək:

“Gələn tədris ili ilə bağlı əlavə nə kimi tədbirlərin görüləcəyi ilə bağlı müzakirələr aparılır və bununla bağlı qərar iyun ayında ictimaiyyətə açıqlanacaq. Təhsilin müdətinin uzadılması gözlənilmir. Ancaq, ola bilsin ki, yay aylarında televiziya vasitəsilə tematik proqramların keçirilməsinə davam edək”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: