“Şuşaya girəndə vicdanımın rahatlıq içində olduğunu hiss etdim” - Hikmət Mirzəyev

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.
Minval.info xəbər verir ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.
Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev də filmdə yer alıb.
“Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”, – o duyğularını dilə gətirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Maaşları artırın” – Nazirlikdən müraciət
Bakıda toy sahiblərinə xəbərdarlıq
"3 Oğul böyütdüm heç biri məni evə buraxmır" - Lerikdən ata fəryadı
Bu rayonlar üzrə pensiyalar köçürülür - SİYAHI
200 manat almaq üçün hansı sənədlər lazımdır?