Sürücülük etibarnaməsi ilə bağlı vacib - YENİLİK
Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.
Minval.info ONA-a istinadla xəbər verir ki, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.Onun sözlərinə görə, artıq istifadəçilər “myGov” portalında olan “Şəxsi kabinet” vasitəsilə avtomobil sahibləri istədikləri şəxsə avtomobilin etibarnaməsini verə biləcəklər.
“Xidməti istifadə etdikdə avtomobil və etibarnamənin kim tərəfindən veriləcəyi seçilir, daha sonra etibarnamə veriləcək şəxsin fərdi identifikasiya nömrəsi seçilir və “davam et” düyməsi vurulur. Qeyd edim ki, etibarnamənin müddəti birillikdir. Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsinin müddəti bir ildən az olduğu halda, etibarnamə yalnız qalan müddətə verilir”, – deyə F. Cəfərov qeyd edib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Mərkəzinin direktoru həmçinin bildirib ki, bu xidmət üzrə rüsumu hər iki tərəf ödəyə bilər və ödənişlə bağlı tərəflərin “Şəxsi kabinet”lərinə müvafiq bildirişlər göndəriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var