Sürücülərin nəzərinə - Yenilik
Bakı şəhəri ərazisində yol hərəkəti əleyhinə törədilən qayda pozuntusuna görə tətbiq edilən inzibati cərimələrin ödənişlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu,”ASAN xidmət” Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə əməkdaşlığı nəticəsində mümkün olub.
Oktyabrın 26-dan etibarən vətəndaşlar və hüquqi şəxslər barələrində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə inzibati xəta haqqın-da protokollar, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri ilə “ASAN ödəniş” sistemində yaradılan şəxsi kabinetlərində tanış ola bilərlər. Həmçinin bu cərimələr üzrə ödənişlərini www.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulan digər ödəniş por-talları və terminalları vasitəsilə də həyata keçirə bilərlər.
Qeyd edək ki, “ASAN ödəniş” sistemi 2014-cü ildə yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 5 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 119 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulan digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əmək pensiyalarına edilən dəyişikliyin DETALLARI
Gözdən əlillər nazirliyin qarşısında toplaşdı
Hacı Nuran 21 dəfə əməliyyat etdirdiyi Ayselin toyunda - Fotolar
Abşeronda 3 şəhidin il mərasimi keçirildi - Fotolar
Gədəbəydə 16 min manatlıq qovğa... - İşdə 2 bələdiyyə sədrinin adı da keçir
Bakıda qara çörək qıtlığı