Sürücülərə XƏBƏRDARLIQ

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Bu barədə Minval.İnfo-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Məlumatda bildirilir ki, bundan başqa Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sulutəpə dairəsindən DSK yolu istiqamətində, həmçinin Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Koroğlu yol qovşağı istiqamətində üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq