Sürücülər arasında dəbdə olan “zerkalnı” nömrələrin qiyməti artırılır
Azərbaycanda avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət rüsumu artırılır.Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 2500 manatdan 3000 manata qaldırılır.
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumu 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsum 1000 manatdan 1500 manata qaldırılması təklif edilir.
Dəyişiklik layihəsinə əsasən, dövlət rüsumlarının Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.
Layihə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında müzakirəyə çıxarılacaq.
report
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avqust ayında 4 gün iş olmayacaq
Füzuli aeroportundan son görüntülər - Video
ETSN-dən havanın kəskin dəyişməsi ilə bağlı
Şeyxdən şok sözlər: "...aşurada iğtişaş salmaq istəyirlər”
Şənbə gününə olan hava proqnozu
Nərimanov rayonunda 1 küçədə hərəkət məhdudlaşdırılacaq
Dövlət Gömrük Komitəsində 1 ay müddətində TIR-EPD sistemi tətbiq ediləcək