Sumqayıtda qadınların qənimi ələ keçdi - FOTO
Sumqayıtda silsilə soyğunçuluq cinayətləri edən şəxs ifşa edilib.
Minval.İnfo xəbər verir ki, sentyabrın 15-də idarəyə müraciət edən Sumqayıt şəhər sakini olan bir qadın 5-ci mikrorayon ərazisində ağaclıq sahədə naməlum şəxsin ona hücum etdiyini və qızıl boyunbağını qopararaq, hadisə yerindən qaçdığını bildirib.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Məmməd Vəliyev saxlanılıb.
M.Vəliyevin ətrafında aparılan əlavə istintaq-əməliyyat tədbirləri ilə onun başqa cinayətlərinin də üstü açılıb. Belə ki, onun müxtəlif vaxtlarda şəhər ərazisində daha iki qadına qarşı soyğunçuluq edərək zərərçəkənlərin qızıl-zinət əşyaları və əl çantalarını ələ keçirdiyi məlum olub. İstintaq zamanı onun qadınlara ümumilikdə 2000 manata yaxın maddi ziyan vurduğu sübuta yetirilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən M.Vəliyevin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah nəqliyyat xaosu: Hazırlıqlı olun!
Azərbaycanda 3600 illik döyüşçü məzarı tapıldı
Mersin limanında 350 kq kokain ələ keçirildi
Sosial şəbəkədə porno video yayanlar saxlanıldı
Bakının Xətai rayonunda yollar bağlandı!
Qusarda kəsici alətlə təxribat: 22 yaşlı şəxs saxlanıldı
Geyimlərdəki kimyəvi maddələrdən allergiya riski!