Sumqayıtda qadını zorlayıb öldürən hakim qarşısına çıxarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayıb sonra öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin məhkəməsi başlayıb.
Minval.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Prosesin qapalı keçirilməsinə qərar verilib.
Hadisə 2017-ci il avqustun 7-də Sumqayıt şəhərindı baş verib. 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü, 2 uşaq anası olan Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb və meyitini orada qoyaraq qaçıb.
F.Nuriyev də ailəlidir və 1 övladı var. O, Sumqayıtda 10 saylı məktəbdə idmanla bağlı məşqlər edirmiş.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir