Sumqayıtda işçinin öldürdüyü müdir kimdir? – “Hacı, ürəkləri yandırdın…” (Fotolar)
Dünən Sumqayıtda qətlə yetirilən mağaza sahibi haqqında bəzi məlumatlar əldə olunub.
Minval.info xəbər verir ki, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında qeydə alınan hadisədə həyatını itirən Vüqar Quliyevin fotoları yayılıb.
Mərhumun inanclı dostları sosial şəbəkə hesablarında onun şəkillərini paylaşaraq təəssüf hissi ilə Vüqara Allahdan rəhmət diləyiblər.
Yaxınları “Sənin ölüm xəbərini eşitmək çox ağır oldu”, “Hacı Vüqar, bütün ürəkləri yandırdın sən” kimi statustlar yazıblar.
V.Quliyev dindar olmağı ilə yanaşı, müqəddəs torpaqları da ziyarət edib.
Məlumata görə, mərhumun bir qız və 1 oğlan övladı olub.
Quliyevin sağlığında Sumqayıtda gül biznesi ilə məşğul olduğu söylənilir.
Xatırladaq ki, Vüqar Quliyev şəxsi mağazasında öz işçisi tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə heç bir məlumat verilməyib. Əldə olunan məlumata görə, qatil bir müddət əvvəl işdən çıxarılıb. Bəzi iddialara görə isə Vüqarı öldürən şəxs onun qohumu olub.
Samir Mirzə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir


