Sumqayıtda bağçada uşağa qarşı zorakılıq iddiası
Sumqayıtda “Nauka Tədris Mərkəzi” adlı özəl məktəbəqədər təhsil müəssisəsində bir uşağın müəllim tərəfindən döyüldüyü iddia olunur. Valideynlərdən biri sosial şəbəkədə paylaşım edərək övladının bədənində xəsarət izlərinin olduğunu və müəllim tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.
Minval.info xəbər verir ki, valideyn uşağın bədənində müxtəlif izlərin olduğunu və müəllimin onu boğduğunu və döydüyünü iddia edir. Valideyn, övladlarının bu bağçaya 7 aydır getdiyini və bu müddət ərzində bütün ödənişlərin vaxtında edildiyini qeyd edib.
Valideyn, həmçinin bağçada əvvəllər də uşaqlara qarşı zorakılıq və digər problemlərlə bağlı rəhbərliyə iradlarını bildirdiyini, lakin heç bir tədbir görülmədiyini vurğulayıb. O, bağçanın fəaliyyətinin dayandırılmasını tələb edir və digər valideynləri də diqqətli olmağa çağırır.
Şikayətçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və müəllimlər İlhamə, Ayşən və Röya, eləcə də müəssisə rəhbəri Pərvanə Vaqifovanın məsuliyyət daşıdığını iddia edir. “Nauka Tədris Mərkəzi” ilə əlaqə saxlamaq cəhdlərimiz cavabsız qalıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, iddialarla bağlı polis idarəsinə müraciət daxil olub və hazırda prosessual araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkimlərə verilən cəza: Nigarın əməliyyatı ilə bağlı məhkəmə qərarı
Fransanın gizli hədəfində hansı ölkələr var idi?
Bakıda narkotik əməliyyatı: 45 kiloqram marixuana ələ keçirildi
Yeddi körpənin faciəvi ölümündən sonra mərkəz yenidən qurulacaq
Xəzər rayonunda 45 kq narkotik aşkarlandı - VİDEO
Bakıda yanğın hadisəsi: Ərazidə təhlükə var
Nigara görə həkimlərə bu cəza verildi