17.09.2026 - 17:06
Ölkə 37 baxış

Sumqayıt sakinləri zibillikdən bezib: Vəziyyət dözülməzdir!

Sumqayıt şəhərində yaranmış antisanitar vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub. Şəhərin 9-cu mikrorayonunda, Üzeyir Hacıbəyov küçəsi 23 ünvanında yerləşən ərazidə zibil qutularının mütəmadi olaraq daşması nəticəsində piyada səkisi zibilliyə çevrilib.

Minval.info xəbər verir ki, sakinlər əraziyə zibil şirəsinin axdığını və kəskin üfunət qoxusunun yayıldığını bildirirlər. Onların sözlərinə görə, həm supermarketdən çıxan tullantılar, həm də ətraf ərazilərdən atılan zibillər qutuların qısa müddətdə dolmasına səbəb olur. Sakinlər hər səhərini zibillik içində, üfunət qoxusu ilə açdıqlarını və bu vəziyyətin dözülməz həddə çatdığını qeyd edirlər.

Ərazidə təmizlik işlərinin yetərsiz olduğunu bildirən sakinlər, zibil qutularının sayının artırılmadığını və tullantıların əl ilə yığıldığını iddia edirlər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə ərazinin hər gün səhər saatlarında Təmizlik Departamenti tərəfindən təmizləndiyini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: