Süleyman Soylu AÇIQLADI: "120 polisimiz şəhid olub"
“Bu günə kimi zəlzələ nəticəsində 120 polis əməkdaşı qurban olub”
Musavat.com xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlayıb.
O bildirib ki, bu kollektiv itkidir:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Bu, təbii ki, kollektiv itkilərdir, bizim qeyri-kollektiv itkilərimiz də var. Eyni zamanda, kimliyini müəyyən edə bildiyimiz 32-dən çox jandarma qüvvəmiz də var”.
Nazir, həmçinin deyib ki, dövlət bütün imkanlarını ortaya qoyub:
“AFAD davamlı olaraq ölənlərin sayını açıqlayır. Dağıntılar altından sağ çıxarılanların sayı da göstərilir. Biz çox böyük bir əməliyyat keçiririk. Biz çalışırıq ki, axtarış-xilasetmədən tutmuş qidalanma, maddi-texniki təchizatın toplanması, yardımların paylanması kimi eyni vaxtda 100-150 işi görək”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda