Sui-qəsdlə öldürülən azərbaycanlı "qanuni oğru"lar - FOTOLAR
Azərbaycanlı “qanuni oğru”lar arasında bir neçə məşhur sima müxtəlif sui-qəsdlər zamanı həyatını itirib.
Həyatını itirən “qanuni oğru”lar müxtəlif ölkələrdə silahlı hücuma məruz qalıblar.
Müxtəlif illərdə KİV-lərin əsas xəbərinə çevrilən və ölümləri ilə səs salan “qanuni oğru”lardan bəzisinin adlarını təqdim edirik:

“Albert Rıjiy” və “Albert Gəncəli” kimi tanınan Əli Heydərov 2021-ci ilin aprelində Moskvada yaşadığı binanın idman zalında güllələnərək öldürülüb

“Lotu Quli” kimi tanınan Nadir Səlifov 20 avqust 2020-ci ildə gecə saatlarında Türkiyənin Antalya şəhərində güllələnərək qətlə yetirilib.

“Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyev 8 avqust 2016-cı ildə isə İstanbulda baş tutan növbəti sui-qəsd nəticəsində öldürülüb.

“Mirseymur Nardaranski” kimi tanınan Mirseymur Abdullayev 2013-cü ilin may ayın 4-də Moskvadakı “Peşera” gecə klubunda güllələnərək öldürülüb.

“Qoca Yasamalski” ləqəbi ilə tanınan Əlibala Həmidov 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib.

“Lotu Hikmət” kimi tanınan Hikmət Muxtarov 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib.
(BAKU.WS)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir