Sosial şəbəkələrin dünənki vəziyyətinə görə dünya bu qədər itirdi

İqtisadçı deputat Vüqar Bayramov ötən gün sosial şəbəkələrin çökməsi nəticəsində qlobal iqtisadiyyata dəyən ziyandan yazıb.
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bu hadisə qlobal iqtisadiyyata da ciddi təsir edib: “”NetBlocks” şirkətinin hesablamalarına görə, feysbuk, instaqram, tvitter, vatsap və feysbuk messencerin çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon xərc demək idi.
Şirkətin Dünya Bankı, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq 1 gün aktiv olmasa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər. Sadəcə feysbukun 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər.
Qeyd edək ki, “NetBlocks” şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatların ölçüsü əsas meyar kimi götürülür.
Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan feysbuk şirkətinin səhmləri 5 faizə yaxın ucuzlaşaraq hazırda 326 dollara təklif olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qadının böyrəyindən 3 minə yaxın daş çıxarıldı
Merkeli tərifləmək istədi, səhvən Putindən sitat gətirdi
Azərbaycanlı milyarder bir günə 1 milyard dollar itirdi
ABŞ Venesuela ilə sərhəddə kəşfiyyat əməliyyatlarını 800%-dək artırıb
Avropada terror: çox sayda ölü və yaralı var - FOTOLAR
Zelenski: “Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”
"Komandirlərimiz bizi zorlayır" - Şimali Koreyanın əsgər qızları