SON DƏQİQƏ: İranın hücumları zamanı ABŞ təyyarələri ziyan görməyib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İordaniyadakı Əl-Əzraq aviabazasına endirdiyi zərbələrə dair yayımlanan iddiaları təkzib edib.
Minval.info xəbər verir ki, CENTCOM-un sosial media hesabında yerləşdirdiyi bəyanatda, İranın həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumlar zamanı ABŞ-a aid heç bir hərbi təyyarənin ziyan görmədiyi vurğulanıb.
Bəyanatda qeyd edilib ki, buraxılan raketlər və PUA-lar ya zərərsizləşdirilib, ya da hədəflərinə çata bilməyib. Həmçinin, SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərinin təhlükəyə məruz qalması ilə bağlı açıqlamaları da əsassız sayılıb. Regionda dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün əsas risk məhz SEPAH-ın təhdidlərindən irəli gəlir.
Daha sonra, ABŞ tərəfi “M/T Nora” adlı kommersiya neft tankerinin Vaşinqtonun tətbiq etdiyi blokadanı yardığı barədə məlumatları da təkzib edib. CENTCOM bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, 20-dən çox ABŞ hərbi gəmisinin, yüzlərlə təyyarənin və minlərlə hərbçinin operativ hazırlığını qoruduğunu bildirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik
İranla müharibə ABŞ-a milyardlarla başa gəlib
Ərəb Koalisiyası: Səudiyyə Ərəbistanına atılan raketlər məhv edildi
Bölgədə ikinci savaş dalğası: Tunellər qazılır, qüvvələr artır
ABŞ hərbi bazaları müharibəyə hazırlıq planı ilə gücləndirilir
ABŞ qlobal müharibə ehtimalına qarşı hərbi təchizatını gücləndirir