16.07.2021 - 14:20
Hərbi xəbər
28 baxış
Son dəqiqə! Müdafiə Nazirliyi açıqlama yaydı
Müdafiə Nazirliyi: “İki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”
“Minval.info” xəbər verir ki, İyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin Məkkəyə dron hücumu zərərsizləşdirildi
16.09.2026 - 21:43
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
14.09.2026 - 10:49
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
13.09.2026 - 13:49
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
10.09.2026 - 18:51
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
09.09.2026 - 23:43
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
08.09.2026 - 14:07
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
08.09.2026 - 11:54
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
08.09.2026 - 10:02