Şeyxdən azərbaycanlılar üçün Rusiyaya müraciət
Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.
“Report”un Rusiya bürosunun məlumatına görə, Müqəddəs Danil monastırında baş tutun görüşdə çıxış edən Şeyxülislam qarşılıqlı münasibətlərdən danışaraq Patriarxa qardaş deyə müraciət edib.
O qeyd edib ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsi Kirillin sayəsində dini konfiliktə keçmədi: “Bu işdə sizin rolunuz danılmazdır. Buna görə sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm və bu problemin həllində əlinizdən gələni edəcəyinizə inanırm” – deyə Paşazadə bildirib. Şeyxulislam, həmçinin, Moskvada Azərbaycanlılar üçün məsçid inşa olunması üçün də Rusiya patriarxına müraciət edib: “Sizdən xaiş edirəm ki, bir qardaş kimi Moskbada azərbaycanlılar üçün məscid tikmək üçün yer ayrılsın. Bu bizim münasibətlərin inkişafına təkan verəcək”.
Görüş davam edir. Görüşün sonunda mətbuata açıqlama veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü