Sevil Nuriyevanın həyat yoldaşı qətlə yetirilib
Azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb.
Minval.info xəbər verir ki, başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan Gözəl Dəmirov adlı şübhəlinin tutulması üçün polis əməliyyatlara başlayıb.
İddialara görə, hər iki şəxs Türkiyədə bizneslə məşğul olub. Onların arasında pula görə münaqişə varmış və qətl hadisəsi də buna görə baş verib.
Belə ki, Dəmirovla İsmayılov birlikdə inşaat işi görüblər. Hər şey qaydasında gedib. Bir müddət sonra isə tərəflər bir-birini fırıldaqda ittiham ediblər. Qətl hadisəsindən bir az öncə də tərəflər ofisdə sözlü dalaşıblar. Onların mübahisəsi getdikcə böyüyüb və tərəflər söyüşə keçiblər. Bu zaman Gözəl Dəmirov əlini belindəki silaha atıb və İsmayılovu öldürüb.
Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini, tanınmış jurnalist Sevil Nuriyevanın isə həyat yoldaşı idi. Cütlüyün İlyas adlı 4 yaşlı oğulları var.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var