Sevgilisini tanış olduqdan 22 gün sonra öldürübmüş...
Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqova hökm oxunub.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü S.Sadıqov 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralın 23-də Bakının Qala qəsəbəsi, Xaşaxuna bağları yaşayış massivində qeydə alınıb.
Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə Nərgiz Quliyevanın (Ad və soyad şərtidir) evində baş verib. Belə ki, Samir Nərgizdən su qızdırıb paltarlarını yumasını istəyib. Bu zaman Nərgiz “Mən sənin üçün paltaryuyan deyiləm” deyərək Samiri təhqir edib. Bundan qəzəblənən Samir isə mətbəxdən bıçağı götürərək onu qətlə yetirib.
O da məlum olub ki, Samir fevralın 1-də, yəni hadisədən 22 gün öncə Xaşaxuna bağlar massivində yerləşən fermada işə düzəlib və qadınla tanışlıqları həmin gündən başlayıb. Belə ki, Nərgiz də həmin fermada sağıcı olaraq çalışıb.
Qeyd edək ki, Samir sevgilisini qətlə yetirdikdən sonra tutulacağını bildiyi üçün taksi ilə Bərdəyə gedib. Polis əməkdaşları onu əmisinin evində yatılı olduğu vaxt saxlayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir