Seutada miqrant böhranı: Ordu və polis küçələrdə nəzarəti ələ aldı
İspaniyanın Afrikanın şimalında yerləşən Seuta muxtar şəhərində miqrant axını ilə bağlı yaranan böhran səbəbindən ordu, polis və mülki qvardiya qüvvələri yerləşdirilib.
Minval.info xəbər verir ki, hərbi texnika və patrullar şəhərin mərkəzi meydanlarında, yanacaqdoldurma məntəqələrində və baş limanın ətrafında fəaliyyət göstərir. Gücləndirilmiş patrul qrupları şəhərin əsas küçələrində və nəqliyyat qovşaqlarında növbə çəkirlər.
Hüquq-mühafizə orqanları şübhəli şəxsləri seçmə üsulu ilə yoxlayaraq onların şəxsiyyətlərini təsdiqləyir və sənədlərini tələb edirlər. İctimai yerlərin patrullanması və insanların toplaşa biləcəyi obyektlərin mühafizəsi də onların əsas vəzifələrindəndir.
ƏLAQƏLİ
Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
İspaniya hökuməti, nəzarətsiz miqrant axınının yaratdığı çətinlikləri aradan qaldırmaq üçün ordu qüvvələrini səfərbər etməyə qərar verib, çünki yerli strukturlar bu böhranın öhdəsindən gələ bilməyib.
Xatırladaq ki, iyulun 30-da bir gün ərzində təxminən 50 min miqrant Mərakeşdən İspaniyanın Seuta sərhədini keçib. Miqrantlar Afrikanın şimalından İspaniya anklavına həm piyada, həm də dəniz yolu ilə daxil olurlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
Donald Trampın WSJ-yə qarşı iddiası yenidən rədd edildi
Türkiyədə “Yüz vilayət, 1000 rayon” layihəsi reallaşacaq?
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı