Şəmkirdən Rusiyaya uzanan dəhşətli qətl zənciri
Rusiyada azərbaycanlı yeniyetmə qətldə şübhəli bilinir. Bu barədə Rusiya vətəndaşı Mariya Useltseva sosial şəbəkə hesabında video paylaşaraq məlumat verib. O, bildirib ki, bu ilin yanvar ayında Şəmkirin Zəyəm qəsəbəsində atası Arif Nəbiyevi öldürməkdə şübhəli bilinən 15 yaşlı D.N. daha sonra Rusiyaya gəlib və burada onun oğlunu, keçmiş sinif yoldaşı Aleksandr Usoltsеvi bıçaqlayaraq qətlə yetirib.
Minval.info xəbər verir ki, Mariya Useltseva oğlunun 7-ci sinfə qədər həmin yeniyetmə ilə birgə oxuduğunu və yeniyetmənin anasının ölümündən sonra atasının onu Azərbaycana apardığını qeyd edib. Orada isə yeniyetmə öz atasını yatdığı yerdə öldürüb. Qadın, Rusiyanın qəyyumluq orqanları və miqrasiya xidmətinin bu barədə məlumatlı olması lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeniyetmə beynəlxalq axtarışda olmasına baxmayaraq, qəyyumluq orqanları onu rəsmiləşdirib və şəhərdə sərbəst gəzməsinə şərait yaradıb.
Həlak olan Aleksandr Usoltsеvin valideynləri şübhəlinin “Telegram” hesabına daxil olaraq, iyun ayının sonundan sonra aparılan yazışmaları araşdırıblar. Mariya Useltseva həmin yazışmalarda yeniyetmənin məktəblərdə kütləvi qətllər mövzusuna istinad edən nikdən istifadə etdiyini bildirib. O, oğlunun D.N.-ə bir neçə dəfə başqa sinif yoldaşlarını görüşə çağırmağı təklif etdiyini, lakin onun buna məhəl qoymadığını söyləyib. Bu səbəbdən qadın, D.N.-in məhz onun oğlunu qətlə yetirməyi əvvəlcədən planlaşdırdığını iddia edib.
Qeyd edək ki, 15 yaşlı oğlanın Şəmkirdəki cinayətdən sonra 23 yaşlı qardaşı ilə birgə Gəncə-İstanbul-Moskva reysi ilə ölkədən qaçdığı bildirilib. 1970-ci il təvəllüdlü Arif Nəbiyevin qardaşı Elbrus Nəbiyev cinayəti mərhumun övladlarının birgə törətdiyini iddia edib. Hadisədən sonra onlar atalarının meyitini su kanalına atıblar. Meyit bir neçə gün sonra tapılıb. 28 avqust tarixində isə Rusiyanın Xantı-Mansiysk şəhərində polislər tərk edilmiş bir tikilidə 15 yaşlı Aleksandr Usoltsеvin üzərində bıçaq yaraları olan cəsədini aşkar ediblər. Qətl hadisəsindən sonra yeniyetmə barədə həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yardımlıdakı həbslərdən sonra icra başçısı da vəzifəsindən getdi:
Nazir müavininin qohumuna dələduzluq ittihamı ilə hökm
Hafiz Həsənova 8 il həbs cəzası verildi
Bakıda sabah nəqliyyat xaosu: Hazırlıqlı olun!
Azərbaycanda 3600 illik döyüşçü məzarı tapıldı
Mersin limanında 350 kq kokain ələ keçirildi
Sosial şəbəkədə porno video yayanlar saxlanıldı