Aytən Səfərova Zığdakı antisanitar vəziyyətə etiraz etdi
Aparıcı Aytən Səfərova Bakının Zığ qəsəbəsindəki antisanitar vəziyyətdən narazılığını bildirib. Publika.az xəbər verir ki, aparıcı 65 saylı məktəbin arxasında yerləşən stadionun ətrafında çəkiliş edərək sosial şəbəkədə paylaşım edib. O, ərazinin sakinlər tərəfindən zibillənməsinə sərt reaksiya verib.
Səfərova bildirib ki, hər dəfə bu ərazidən keçəndə qadınların və kişilərin zibili oraya atdığını görür. “Hər yerdə təmizlikdən danışan qadınlar, kişilikdən danışan kişilər… İnsan olun! Hərə evindən çıxanda avtobus dayanacağına gedir, əlindəki zibili atıb gedir. Ayıb olsun!” – deyə o, vurğulayıb.
Aytən Səfərova həmçinin bələdiyyədə işləyən qadınların kiminsə anası və ya bacısı olduğunu qeyd edərək, onların bu zibilləri yığışdırmaq məcburiyyətində qaldığını bildirib. “Ayıbdır!” – deyə o əlavə edib. Səfərova divarlara söyüş yazanları da tənqid edərək, belə davranışların qəbulolunmaz olduğunu bildirib.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ərazilər
Azərbaycanda gənclərin məşğulluq səviyyəsi 94 min nəfər azalıb
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Övladına nağıl kitabı aldı, şoka düşdü
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir