03.11.2026 - 14:34
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü
Hadisə 153 baxış

İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü

İspaniya Sequnda Divizionunda “Tenerife” və “Andorra” komandaları arasında keçirilən qarşılaşma faciə ilə yadda qaldı. Publika.az-ın məlumatına görə, “Tenerife”nin hücumçusu Jesúus de Miguel, “Andorra”nın qapıçısı Jesús Ovono ilə toqquşduqdan sonra həyatını itirib.

Klubun rəsmi açıqlamasına əsasən, toqquşmadan sonra de Miguel meydanda huşunu itirmiş vəziyyətdə qalıb. Digər oyunçular onun vəziyyətinin ağır olduğunu dərhal anlayıblar və təcili yardım çağırılıb.

Məlumata görə, futbolçu təxminən 20 dəqiqə ərzində ürək və tənəffüs dayanması keçirmişdir. Xəstəxanaya aparılarkən ona ürək-ağciyər reanimasiyası tətbiq edilib, lakin vəziyyəti daha da pisləşib.

Səhər saatlarında “Tenerife” klubunun verdiyi açıqlamada, 30 yaşlı hücumçunun nevroloji vəziyyətinin ağırlaşdığı bildirilib. Daha sonra klub futbolçunun vəfat etdiyini təsdiqləyib.

SOSİAL MEDİA MƏZMUNU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: