Sayt adları böyük, yoxsa kiçik hərflə yazılmalıdır?
İnternet mediada sayt adlarının gah böyük, gah da kiçik hərflə yazıldığının şahidi oluruq.
Bu zaman bir sual yaranır: Azərbaycan dilinin qrammatikasında qayda necədir: sayt adları böyük, yoxsa kiçik hərflə yazılmalıdır?
Mövzu ilə əlaqədar filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmlinin fikrini öyrənirik. Q. Məhərrəmli musavat.com-a açıqlamasında sayt adının kiçik hərflə yazılmasının yanlış olduğunu dedi.
Onun sözlərinə görə, Azərbaycan dilinin qaydaların görə, saytın adı böyük hərflə yazılmalıdır: “Ümumi qrammatik qaydalara görə, sayt adları xüsusi isimdir. Ad bir saytı digərindən fərqləndirmək üçün qoyulur. Bəzən bir şəhərdə 10 parka eyni ad verirlər, bu, doğru deyil. Mütləq bir ad olmalıdır ki, o şəhərin, kəndin, parkın, saytın adını digərindən fərqləndirsin. Amma bizdə çoxları saytların adını kiçik hərflə yazırlar. Məsələn, ”Yeni Müsavat” onlayn ictimai-siyasi qəzet yazacaqsa, mütləq böyük hərflə olmalıdır. Yox, söhbət domendən gedirsə, onda kiçik hərflə yazıla bilər. Məsələn, musavat.com”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Poliqlot atasının işdən çıxarılmasına etiraz edir
Bakı metrosunda gediş haqqı artırıla bilərmi?
Bakıda qadın bahalı telefonunu taksidə itirdi
Şuşanın qayalarına yazılan xatirələr: Keçmişin izi
Heyvandarlığa dəstək: Hər heyvana 4 manat subsidiya!
Bakıda türk turist taksini özü sürdü!
Bəzi bölgələrdə leysan və güclü külək müşahidə olunur