Saxta diplomlar: Tibb sahəsində təhlükəli hiylələr üzə çıxır
Son üç il ərzində tibb və səhiyyə sahələrində 38 saxta diplomun aşkarlandığı məlum olub. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2026-cı ilin ikinci rübü üçün hazırladığı elektron bülletendə məlumat verilib.
Minval.info xəbər verir ki, agentlik tərəfindən aşkarlanan bu saxta diplomlar aidiyyəti dövlət qurumlarına təqdim edilib. 2025-ci ilin aprelindən 2026-cı ilin yanvarına qədər 30 nəfərin tanınma məqsədilə saxta diplom təqdim etdiyi bildirilir.
Həmçinin, kvalifikasiyasının tanınmasından imtina edilmiş 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi müəyyən edilib. TKTA daha əvvəl, 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək olan dövrdə 53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyini və 12 nəfərin saxta tanınma şəhadətnamələri əldə etdiyini xatırladıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?