Saxlanılan şəxs polis məntəqəsində ölüb
Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.
Bu barədə “Minval.info”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, məhkəmə qərarı ilə barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri 4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o, ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
Araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kliniki ölüm keçirən ateist Tanrıya inandı
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü
Gürcüstandan qalxan təyyarə Rizedə dənizə endi
Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır
Şimalda dəhşətli qəza: 5 nəfər öldü
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi