Chandra altı qalaktikada 84 sirli obyekt aşkarladı
NASA-nın “Chandra” kosmik teleskopu altı müxtəlif qalaktikada aşağı enerjili rentgen şüaları yayan 84 şübhəli obyekt aşkarlayıb. Alimlər bu obyektləri “ifrat yumşaq rentgen mənbələri” adlandırıblar. Onların qara dəlik, neytron ulduzu və ya ağ cırtdanlardan ibarət kompakt ikili sistemlər olduğu ehtimal edilir.
Minval.info xəbər verir ki, adi halda bu cür sistemlərin güclü rentgen şüaları yayması gözlənilsə də, yeni aşkar edilən obyektlərin əsasən ultrabənövşəyi şüalanma yaydığı müəyyənləşdirilib. Mütəxəssislərin fikrincə, bu sirli mənbələrin öyrənilməsi ulduzların yaranması və ulduzlararası qazın ionlaşması ilə bağlı proseslərin, həmçinin Ia tipli supernovaların necə baş verdiyinin anlaşılmasına kömək edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"