Adil Əliyev: "Bar verməyən ağaca daş atan olmur
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev sosial şəbəkələrdəki tənqidlər və neqativ münasibətlərlə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, görülən xeyirxah işlər və müsbət təşəbbüslər bəzən müəyyən şəxslərin narazılığına səbəb olur.
Minval.info xəbər verir ki, Adil Əliyev bu cür münasibətlərin onu yolundan çəkindirmədiyini, əksinə, gördüyü işin doğru istiqamətdə olduğuna inamını artırdığını bildirib. O, qeyd edib ki, belə anlarda əsəbiləşmir, əksinə, öz-özünə deyir ki, istiqaməti düz götürüb və yoluna davam etməlidir.
Adil Əliyev 30 ildən artıqdır Heydər Əliyev siyasətini dəstəklədiyini və bu müddət ərzində müxtəlif xarakterli insanları yaxından tanıdığını vurğulayıb. O, bildirib ki, görülən yaxşı iş hamını sevindirmir və bəzilərini başqasının yaxşılıq etməsi narahat edir.
İcra başçısı, başqasının uğuruna sevinməyi və yaxşı təşəbbüsləri qiymətləndirməyi bacarmayan insanların daim digərlərinin işində qüsur axtarmağa enerji sərf etdiyini qeyd edib. O, bu münasibətləri təfəkkür problemi adlandırıb və cəmiyyət olaraq bir-birimizin uğuruna sevinməyi öyrənməyin vacibliyini vurğulayıb.
Adil Əliyev, tutduğu istiqamətdən geri çəkilməyəcəyini və illər ərzində öyrəndiyi bir həqiqəti xatırladıb: “Bar verməyən ağaca daş atan olmur.” O, paylaşımını “Qoy kimisi zəhərini töksün, biz yaxşılığımızı paylaşaq. Kimisi dağıtmağa çalışsın, biz qurmağa davam edək. Kimisi insanların ayağından çəksin, biz insanların əlindən tutaq. Çünki sonda kimin nə danışdığı yox, kimin nə yaratdığı qalır” sözləri ilə tamamlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"