Sarkisyanın daha bir qardaşı axtarışa verildi
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan qeyri-qanuni yolla zənginləşmə və əmlakına dair bəyannamə təqdim etməkdən boyun qaçırmaqda ittiham edilərək barəsində axtarış elan edilib.
Bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.
Məhkəmə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçib, Ani və onun qardaşı Narek barəsində isə ərazini tərk etməmə qərarı çıxarıb.
Qeyd edək ki, Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniya kimi ölkələrdə səfir postunda çalışıb. O, 2010-cu ildən xüsusi tapşırıqlar üzrə səfir kimi fəaliyyət göstərir. Statusuna uyğun olaraq təqdim etdiyi bəyannamələrdə əmlakı və gəlirləri barədə dəqiq məlumatlar əks etdirməlidir.
Xatırladaq ki, iyunun 25-də Serj Sarkisyanın digər qardaşı Aleksandr Sarkisyan qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BMT Yəmən üçün təcili iclas çağırır
Husilər Əl-Moxa liman şəhərini ələ keçirdi
Əli Əsədov səfərbərlik ehtiyatları qərarını imzaladı
Trampdan Talibana: 7 milyardlıq silahı qaytarın!
Paşinyan qorxur: Rusiya-Ermənistan münasibətləri gərgin qalır
Türkiyə-İsrail gərginliyi: Suriyada toqquşma riski artır
Kadırovdan saqqal və çadra çağırışı: Dəyişim!