“Sarı jiletlilər”in etirazında 7500 nəfər həbs edilib

Fransanın bütün şəhər və əyalətlərini bürüyən, hökumətin vergi-iqtisadi siyasətinə və prezident Emmanuel Makronun hakimiyyətinə qarşı yönələn “sarı jiletlilər” etiraz aksiyaları zamanı indiyədək ümumilikdə 8400 nəfər saxlanılıb.
Azvision.az “France Info”ya istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, saxlanılan Fransa vətəndaşlarından 7500-ü həbs edilərək polis nəzarəti altında tutulurlar.
“Hökumət məhkəmənin qanunu pozmaqda günahkar bildiyi, yaxud sonradan biləcəyi “sarı jiletlilər”lə bağlı amnistiya elan etmək niyyətində deyil. Mənim mesajım budur: istənilən aqressiya təqib olunacaq və cəzalandırılacaq. Artıq məhkəmə mitinqlərdə saxlanılan 1800 nümayişçi barəsində hökm çıxarıb, daha 1500 nəfərin işinə isə baxılır” – Kristof Kastaner bəyan edib.
Fransa daxili işlər naziri onu da vurğulayıb ki, “sarı jiletlilər”in etirazları zamanı hüquq-mühafizə orqanlarının 1300 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, “sarı jiletlilər” hərəkatının ilk etiraz aksiyası ötən ilin 17 noyabrında başlayıb. 9 feralda isə onların sayca 13-cü aksiyası keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!