Samuxda keçmiş məhkum arvadını amansızlıqla öldürdü - 3 uşaq yetim qaldı - VİDEO
Samuxda ər arvadını döyərək öldürüb.
Minval.İnfo xəbər verir ki, hadisə şəhərin Kolayır yaşayış massivində baş verib.
Əvvəllər məhkum olunmuş 37 yaşlı Ağamir Səmədov ailə münaqişəsi zəminində 35 yaşlı Ləman Səmədovaya ağır bədən xəsarətləri yetirib. Qadın yaşadığı evdən bir qədər aralıdakı bağ sahəsində dünyasını dəyişib. Zərərçəkənin atasının sözlərinə görə, ötən gün axşam saatlarında baş verən hadisədən bu gün xəbər tutublar.
Eldar İbrahimov: “7 aylıq uşağı var idi. Hər gün yoldaşımla gəlirdik. Uşaq gəldi, anasını soruşdu. Dedi ki, anamla atam axşam dalaşıb”.
Rayonun polis və prokurorluq orqanları tərəfindən hadisəni törədən şəxs saxlanılıb. Ailənin 3 övladı var.
https://www.youtube.com/watch?v=mGpEt_4CPz0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
