Şamaxıda kütləvi dava baş verib, 4 nəfər ağır xəsarət alıb
Şamaxı rayonunda 10 nəfərin iştirakı ilə kütləvi dava baş verib, yaralılar var.
APA-nın xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Dağ Bağırlı kəndində qeydə alınıb.
Kənd sakinləri Zeynalov Sahib, Zeynalov Sənan, Manafov Rafiq, Beydullayev Kabus, Zeynalov Elnur və Zeynalov Fəxrəddin şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndliləri 1955-ci il təvəllüdlü Qafarov Həbib Gülağa oğlu, onun 30 yaşlı oğlu Tural Qafarov, eləcə də qardaşı Qafarov Səxavət və həyat yoldaşı Qafarova Mehribana ağac, bel və başqa küt alətlə bədənin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetiriblər. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gül bağçasında dəhşət: Ərini basdıran qadın 12 il cəza aldı
Naxçıvanda saxta sənəd fırıldağı: 250 min mənimsədi
30 il sonra Şuşa həbsxanasına qayıtdı
Uğur 777"də qanunsuz əməliyyatlar: Məhkəmə başladı
Suraxanıda oğurluq edən şəxs saxlanıldı
Şəki yaylası faciəsi: Sahibkarı hansı cəza gözləyir?
Keçmiş baş konsul qızıl qaçaqmalçılığında ittiham olunur