Şamaxıda ailə dramı: Çoban ər həyat yoldaşını nənəsini təhqir etdiyi üçün çomaqla döydü
Şamaxı rayonunun Quşçu kəndində qeyri-adi bir hadisə baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Ağacavad Tarverdiyev həyat yoldaşını çomaqla döyüb.
Minval.info xəbər verir ki, hadisə Ağacavadın heyvanlarını axtarmaq üçün kənd ərazisinə çıxması ilə başlayıb. O, yolda həyat yoldaşı və nənəsi ilə rastlaşıb və onlara evə qayıtmağı məsləhət görüb. Lakin heyvanları tapıb geri döndüyündə həyat yoldaşının nənəsi ilə mübahisə etdiyini görüb. Bu mübahisə zamanı həyat yoldaşı nənəsini təhqir edib. Əsəbiləşən Ağacavad əlindəki çomaqla həyat yoldaşına hücum edərək ona xəsarət yetirib.
Hadisə yerinə gələn polis əməkdaşları A.Tarverdiyevi saxlayıblar və onun barəsində cinayət işi açılıb. Lakin məhkəmə istintaqı zamanı ər-arvad barışdığı üçün cinayət işinə xitam verilib.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir