Salyanda qadın xalatı ilə silsilə oğurluqlar... O, yaxalandı
Salyan şəhərində silsilə oğurluq edən rayon sakini saxlanılıb.
“Report”un Aran bürosu xəbər verir ki, Təbriz Xəlilbəyli küçəsi, ev 44-də qeydiyyatda olan və rayonun Arbatan kəndində yaşayan 1996-cı il təvəllüdlü Həsənov Əliağa Rövşən oğlu şəhər sakini Tağıyev Mahmud Alıkişi oğlunun həyətindən 200 manat dəyərində 1 baş xırdabuynuzlu heyvan oğurlayan zaman polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.
İlkin dindirilmə zamanı məlum olub ki, Ə.Həsənov bu il yanvarın 7-də Arbatan kənd sakini İmanov Vüqar İlqar oğlunun həyətindən dəyəri 350 manat olan “Volf” markalı velosiped, fevralın 7-də Arbatan kənd sakini Feyzullayev Feyzulla Səmədağa oğluna məxsus 350 manat dəyərində 1 baş qoç, martın 16-da isə yenə Arbatan kənd sakini, Hüseynov Rafael İman oğluna məxsus, hər birinin dəyəri 140 manat olan 3 baş xırdabynuzlu heyvan oğurladığı məlum olub.
Ə.Həsənov oğurluq etdiyi zaman qadın xalatından və gözünün rəngini dəyişmək üçün yaşıl linzadan istifadə edib.
Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəmkirdən Rusiyaya uzanan dəhşətli qətl zənciri
Yardımlıdakı həbslərdən sonra icra başçısı da vəzifəsindən getdi:
Nazir müavininin qohumuna dələduzluq ittihamı ilə hökm
Hafiz Həsənova 8 il həbs cəzası verildi
Bakıda sabah nəqliyyat xaosu: Hazırlıqlı olun!
Azərbaycanda 3600 illik döyüşçü məzarı tapıldı
Mersin limanında 350 kq kokain ələ keçirildi