Salyan sakini öz qardaşı tərəfindən bıçaqlandı - Günahı inəyin boynuna atdı

Ötən gün axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Minval.İnfo virtualaz.org-a istinadən bildirir ki, dünən axşam saatlarında rayonun Sarvan kəndinin 36 yaşlı sakini Amid Fərəc oğlu Əsədov sağ sağrı nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində daxili qanaxma ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Xəsarət alan ilkin ifadəsində bıçaq xəsarətini tövlələrindəki iribuynuzlu heyvanın ucbatından özü özünə yetirdiyini deyib. Belə ki, heyvanın boynuna dolanmış ipi açmaq istəyərəkən onu vurub və bu zaman əlindəki bıçaq özünə batıb.
Lakin polisin apardığı təhqiqat nəticəsində məlum olub ki, Amid Əsədov ailə münaqişəsi zəminində 29 yaşlı qardaşı Təbriz Əsədov tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənilər Qarabağda döyüş atışlı taktiki təlim keçirib
Xocavənd sakini 8 kq narkotiklə tutulub
Polis ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirir
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR
Çimərliklərə icazə ilə getmək mümkün olacaq
Naxçıvanda daha bir qurumda yoxlamalara başlanılıb