Sakinlər: "Yadplanetlilər" kəndə hücum edib - Cəlilabadda nə baş verir?
Cəlilabad rayonunda müəmmalı oğrular meydana çıxdığı bildirilir. Onların davamlı şəkildə Alar kəndində yerləşən yaşayış evlərinə daxil olduğu söylənilir. İşin maraqlı tərəfi isə oğrular soyğun etmədən mənzillərə ziyan vururlar.
Minval.info xəbər verir ki, bu barədə rayon sakini jurnalist Səid Qərib məlumat verib. Onun sözlərinə görə, hətta oğruları tutmaq üçün səhərədək mülkiyyətinin keşiyini çəkənlər var. Jurnalist iddia edir ki, kənd sakinlərinin gözləri qarşısında oğruların bir anın içində yox olması söz-söhbətləri gəzir. Bu isə insanlar arasında ajiotaj yaradıb. Nəticədə artıq bəzi sakinlər “”yadplanetlilər” Alar kəndinə hücum çəkiblər” – deyir.
Məsələ o qədər şişirdilib ki, bu səbəbdən bəzi şəxslərin kəndin mollasının yanına gedərək duaların yazdırdığı qeyd edilir.
Cəlilabad rayonun hüquq-mühafizə orqanlarından minval.info-ya verilən məlumata görə deyilənlər həqiqəti əks etdirmir: “Əgər burada belə bir hadisə baş versəydi, bizim xəbərimiz olardı”.
Cəliləbadda sakinlərini “qorxuya” salan iki uşaq imiş – Açıqlama
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!