Cəliləbadda sakinlərini "qorxuya" salan iki uşaq imiş - Açıqlama
Cəlilabad rayonunda müəmmalı oğruların meydana çıxması ilə bağlı xəbər vermişdik.
İddia edilirdi ki, naməlum şəxslər Alar kəndində yerləşən yaşayış evlərinə daxil olaraq mənzillərə ziyan vururlar. Bu da kənd camaatı arasında təşvişə səbəb olub.
Bu iddiaları ilk xəbəri dərc edən zaman Cəlilabad rayonun hüquq-mühafizə orqanlarından dəqiqləşdirməyə çalışmışdıq. Orqandan minval.info-ya deyilmişdi ki, deyilənlər həqiqəti əks etdirmir: “Əgər burada belə bir hadisə baş versəydi, bizim xəbərimiz olardı”.
Bu gün isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə minval.info saytına məsələnin təfərrüatı ilə bağlı məlumat verib: Çox təəssüf edirəm ki, həqiqəti əks etdirməyən xəbərlər yayılıb. Məsələni mahiyyəti bundan ibarətdir ki, valideyn nəzarətindən uzaq qalmış 2 qohum azyaşlı bir neçə evin damıına daş atıb. Onlar polis tərəfindən müəyyənləşib. Uşaqların valideyni və yaxın adamları ilə söhbət aparılıb, belə halların yol verilməzliyi onların nəzərinə çatdırılıb”.
Minval.İnfo
Sakinlər: “Yadplanetlilər” kəndə hücum edib – Cəlilabadda nə baş verir?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!