Sahil Babayev: "Yeni sosial müavinətlər aprel ayından veriləcək"
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bildirlir ki, sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Musavat.com xəbər verir ki, sərəncamla bağlı əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev mətbuat konfransı keçirib. Konfransda nazir bildirib ki, böyük inqilabı addım atılır:
“Ölkə başçısının imzaladığı sərəncam ciddi şəkildə addımları özündə ehtiva edir. Daha öncəki sərəncamlarla minimum əmək haqqı artırmışdı bu, 600 mindən çox vətəndaşımızı əhatə etmişdi. Son imzalanan sərəncam 577 min vətəndaşımızı əhatə edəcək. Fevral ayında imzalanan sərəncamlarla 1 milyon 500 min vətəndaşımızın sosial vəziyyəti yaxşılaşıb. Biz hər zaman deyirdik ki, sosial müavinətlərin artırılması ilə bağlı işlər aparılır. Sərəncama əsasən 15 gün ərzində təkliflərimizi verəcəyik. Bütün normativ aktlar 1 aprel tarixinədək hazırlanacaq. Aprelin 1-den yeni sosial müavinətlər vətəndaşlarımıza veriləcək. Sosial paketin 1 illik maliyyə dəyəri 400 milyon manatdır. Yəni sosial baxımdan maliyyə paketi iki dəfə artırıldı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatdan təklif: qadınlar 50, kişilər 55 yaşında pensiya alsın
“Azəriqaz”dan qaz limiti ilə bağlı – AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı artırılıb - SƏRƏNCAM
Məhərrəmlikdə toy etmək olarmı? – İlahiyyatçılardan fərqli açıqlamalar
Bakı metrosunda gediş haqqı ilə bağlı yenilik
Gələn ildən əlillik yeni meyarlarla müəyyənləşdiriləcək
